Haqqımızda

İnsanın əıtrafındakı məkanda bütöv və tam həyatın kimyası və maqnetizmi gizlənib

 

Bütöv və tam həyatın kimyası və maqnetizmi insanın ətrafındakıməkanda gizlənmışdir.

 

Canlı etikanın kitabı, Mir oqnenniy II p. 437

 

İnsan orqanizmindəki hüceyrələrin daşıdığı enerjinın yaraydğığ elektromaqnit dalğaları fiziki bədənin ətrafında bioloji mənşəli bir elektromaqnit sahəsi yaradır ki, bu sahəni qısaca biloji sahə adlandirmaq oilar. Hər bir hüceyrənin öz sahəsi var, hər bir orqanin da öz sahəsi mövcuddur, onlar birlikdə insanı əhatə edən biloji sahədə öz yerinə və quruluşuna görə əks olunur. Bioloji sahə öz mənbəyini orqanizmdə olan enerjidən alır.o enerji ki, elə bioloji sahənin hesabına xarici aləmlə daimi qarçılıqlı əıaqədədir. Bioloji sahə özü aura adlanır. Aura canlı aləmin ətrafında mövcud olan bienergetikadır. Auranın yəni bioloji sahənin, özünəməxsus strukturu vardır. O, fiziki bədəni əhatə edən bir necə enerji bədənlərindən ibarətdir ki, həmin bədənlərin hər birinin özünəməxsus funksiyası və tapşırığı vardır. Fiziki bədəni əhatə edən birinci energetik bədən efir bədəni adlanır və həmin bədənin vasitəsilə enerji mübadiləsi cərəyan edir. Bu prosses efir bədənindəki, firlanama hərəktində olan enerji mərkəzləri ilə həyata keçirir. Onların da adını bir çox ədədbiyyatda çakra adlandırırlar. Onlardan ən böyüyü 7 dənə olub onurğa sütunu boyunca yerləşmişdir. Hər bir çakranın öz funksiyası və konkret olaraq enerji ilə təmin etdiyi orqan və hissələr vardır. Bütövlükdə insanın bioloji sahəsinin energetik strukturası aşkar edilmişdir. Onun ölçüsü və qalınlığı mövcüddur. Auranın ölçüsü stabil deyildir. O. bir çox səbəblərdən artıb-azala bilir. Yəni dinamik xüsusiyyətə malikdir. İnsanın özünü mobilizasiya və demobilizasiya etməsindən asılı olaraq auranın ölçüsü artib azala bilər. İnsan aurasındakı elektromaqnit dalğaları və ümumiyyətlə enerji mübadiləsi biloji sahəni daim dinamik vəziyyətdə saxlayır. Bu dinamika özü-özlüyündə "qızıl” harmoniyada olarkən, energetik bədənlərin funksiyaları və hətta fiziki bədəndə gedən funksional dəyişikliklər harmoniyada cərəyan edir. Əgər aurada harmoniya varsa demeli onun funksiyaları və orqanizm norma daxilindədir. Bu halda həmin insan nəinki fiziki cəhətdfən sağlam, hətta bioenergetik mənada sağlam insan sayila bilər. Aurada elektromaqnit dalğaları müəyyən spektrə uyğun rənglərlə proeksiya oluna bilər ki, bu da aura kamera vasitəsilə fiksə edilir.

 

 

Aura kamera canli orqanizmin emosional və mental örtüynü foto şəklində əks etdirmek qabillətinə malik olan bir qurğudur. Auranı əks etdirən texnalogiyanın tarixi hələ 19-cu əsrin evvələrinə təsadüf edir. İnsan bədəninin aurasının ilk şəkilləri 1891-ci ildə alim Nikola Teslaya, 1930-cu illərdə isə Semyon Kirliana mexsus olub. S. Kirlian Yüksək voltlu apparatla işlərkən, təsadüfi olaraq əlinin şəklini çəkir və əlinin ətrafındaki auranı görür.Bu insan orqanizmində olan elektromaqnit dalgalarının proeksiyası idi. 1979-ci ildə Sovet İttifaqının Elmlər Akademiyasında auranın tədqiqat proqramı bəyənilir və auranın oyrənilməsi ABS Kirlian metodu ilə apaşdırılmsı baslanır.Məsələn, auranın diaqnostikası, əsasən də onun insanın sagıamlığı və onun psixi-emasional vəziyyəti ilə əlqəsi öyrənilir. Bu gün bütün dunyada insanın aurasının foto və video çəkilişlərinə əsaslanan bir sıra mürəkkəb kompyuter diaqnostikaları mövcuddur.Azərbaycanda da auranın öyrənilməsi istiqamətində yeni bir Aura kamera apparatı tətbiqinə başlanıb.

Aura Kamera insan aurasının vəziyyztini dəyərləndirmək üçün obyektiv və unikal bir apparatdır.

Apparatla müayinə olunmaqla siz, öz energetik vəziyyətinizin xarakteristikasnı iki ədəd qafik fototəsvirlə təyin edə bilərsiz, bu da sizə ozününz haqqinda aşağıdakı məlumatları əldə etməyə imkan verir:

 

1.Auranızın rəngi və müvafiq aura və çakraların xarakteristikası

2.Bədənin biolojı sahəsinin 2 foto təsviri

3.Psixoloji durumda stresin təyin oluması

4.Enerjinin balansını və səviyyəsini müəyyən edilməsi

5.Emosional vəziyyətin təyin oluması və onun dinamikada qrafik təsviri

6.İn Yan enerjisinin nisbəti

7.Ağıl, bədən və qlbin harmoniyasinin vəziyyəti

8.Bədən və agılın vəziyyətinin pozitivliyinin muəyənləşdirilməsi

İlk növbədə bu çox maraqlıdır ,həm də hansı istiqamətdə isləyəcəyinizi real görə bilrsiniz.

Sizi və yaxınlarızı müayinə olunmağa dəvət edirik.

 

Aura dedikdə nə başa düşülür?

 

İnsan təkcə fiziki bədəndən ibarət olmayıb o həm də, energetik struktura malikdir. Bu struktur yumurta şəkilli ,özündə bir necə bir necə enerji örtüyünü birləşdirir ki, bu da Aura adlanır.Aura insanın bioloji sahəsidir.Onu cox vaxt astral bədənin güzgüsü adlandırırlar. Onda sevgi və nifrət, uğur və məğlubiyyət, sağlamlıq və problemləri görmək olur. Sizin bütün hiss və düşüncələriniz auranın rənglərində öz əksini tapır.Hər rəng insanın konkret xarakterini, temperament və fikirlərinin obrazlarını, eyni zamanda emosional vəziyyətiniifadə edir.

Müəyyən edilən auranın rəng çalarları insanın , uğurlu və sağlam olub olmamamsından, sevmək və sevilmək qabiliyyətindən, Həyat tərzini harmoniyaya gətirmək bacarığından asılıdır.

 

Aura kamerada əldə insanın öz daxili aləminə baxmağa, onun psixikasının özəlllikləri , emosional vəziyyətinin keyfiyyəti və problemlərin əyani surətdə müşahidə etməyə imkan verir. Beləlik bizə Aura - insan enerjisinin stukturu haqda məlumatlar geri qayıtmış olur. Hər bir insan çakralar adlanan yeddi enerji mərkəzinə malikdir. Çakralar fiziki, əğli və ruhi enerjini alır və paylayır. Hər bir çakranin öz rəngi var və müəyyən keyfiyyət daşıyır. Çakralar efir bədəninda onurğa sütunu bayunca yerləşmişdir.

 

 

1.Mulatxara onurğa sütunun əsasında yerləşir , rəngi qirmizi olub həyat enerjisnini ötürülməsinə xidmət edir.

2.Svadxistana – cinsiyyət orqanlarinin əsasi və göbək arasında yerləşir, rəngi narıncıdır, cinsi fəaliiyət və yaradıcılıq fəaliyyəti ilə baglıdır

 

3.Manipura günəş kələfi səviyyəsində yerləşir və rəngi sarıdır. İstedad və intellektə cavab verir

4.Anaxata- urək səviyyəsində yerləşir. Rəngi yaşıldlr şəfqət və sevgini idarə edir

5.Vişudxa- boğaz nahiyyəsində yerləşir. Rəngi mavidir sülhsvərlik və yaradiciliq xüsusiyyətlərinə cavab veri

6.Adjna iki qaş arasında yeləşib rəngi goydür, intuisiya va xeyriyyəçilik

 

7.Saxasrara- təpə nahiyyəsındə yerləşir, rəngi bənövşəyi olub, mistika, ruhi aləmi təmin edir

Müasir aura fotoçəkilişlərində auranın diaqnostikası, insan əllərində toplanan "enerji cıgırları” adlanan meridianlardakı elektromaqnit sahələrinin ölçülməsi ilə müəyyən edilir.

Aura fotocəkilişində ellektromaqnit otürücüləri əlcək formasında yığılan, metal plastinlərin üzərində yerləşir.Qeyd olunan məlumatlar kompyuterə ötürülür, kompyuter də onları öz növbəsində çakraların qəbul olunmuş rəng təsnifatına əsaslanan rənglərə transformasiya edir.Hərərkətdə olmayan fotoşəkil üçün aura-qurğu faktiki olaraq 2 kadr çəkir,biri insanın öz şəkli, o biri isə üstindəki çakralara aid rəng caları.

Aura və çakranın analizi

Auranızın rəngləri:

Aura və çakraların şəkilinin mərkəzində alınan rəng insanın şəxsı keyfiyyət və xüsusiyyətlərini əks etdirir.Bir çox insanlarda bu rəngüzün müddət və ola bilsin ki, bir ömür boyu dəyşmir. Auranın əsas rəng spektrləri aşağıda qeyd olunub:

Tund – qirmızı: zəhmətkeş, enerjili, güclü, dayanıqlı, həyat şəraitinə uyğunlaşmaq

Qırmızı: həyəcanli, enerjili, rəqiblik sevən, iradəli, ehtirasli, tədbirli, qalib

Narınci-: məhsuldar, kreativ, işgüzar, əyləncə sevən, səyahət xoşlayan

Narincl- sarı: bəhanəçi, , analitik ağila malik, intellektual, məntiqə malik, alim, strukuralist

Sarı:oynağan, görkəmli, münasibət qura bilən, kreativ, maraqlanan, aktiv, əyləncə sevər, insanlara qarşı acıq, intellektual

Yaşıl: sosial, təbii, harmonik, söhbətcil, tez qavrayan, müəllim

Tünd-yasıl: tez dərk edən, məqsədli, maddi marağı olan, sosial, təşkilatçı, insanlara qarşı açıq

Mavi: qayğıkeş, hissiyatlı, sevər, xeyir verən, loyal, sülhsevər, tərbiyəli

İndiqo: sakit, sevəcən, tez inciyən, loyal, artistik, intusiya ilə yaşayan, təmiz təfəkkürlü, introvert

Bənovşəyi: artistik, intuisiya ilə yaşayan, hissiyatli, xarizmatik,novator, futurist, nəzəriyyəçi

Açıq bənövşəyi: yumşaq, tez inciyən, təsir götürən, insanlra qarşı açıq, öz dünyasında yaşayan, sirli, fantaziyalı

Ağ: yüksək ruhlu, yaradıcı, fantaziyalı, basqa dünyalardan gəlmə, başqa ölçülərə yuğun gələn dünyanın adamı

Auranın fotosu – analizin sahələri

Enerji transformasiyası haqda danışılanda tez-tez "aura” sözü ilə rastlaşırıq. Bu termin insandan kənara şüalanan hər hansı energetik sahə kimi qəbul edirlir.Auranın həqiqətən olub olmaması haqda coxlu mübahisələr aparılır. Mütəxəssislərin fikrinə görə aura nəinki mövcuddur, onun hətta konkret keyfiyyətləri : ölçüsü, forması, rəngi vəiyi vardır. İyinə gəldikdə hər insanın aurasının özünəməxsus iyi olur və onu təsvir etmək çox çətindir. Auranın ölçüsünün isə müəyyən sərhədləri olur. Sağlam adamın yumurta şəkilli aurasının qalınlığı 5 sm yaxındır. Diametri isə 70-100 sm arasındadır. İnsanın ruhən yuksəlməsi zamanı auranın ölçüsü də boyüyür.

Auranın rəngləri fərqli olur. Eyni rəngli auralardan tutmuş goy qurşagını xatırladan auralar mövcuddur. Zaman çərçivəsi içində auranın rəngi insanın düşüncə və emosional failiyyətindən asılı olaraq dəyişir.Aura hər zaman insan daxili aləmindən xəbər verir və onu hec bir şeylə saxtalaşdırmaq mümkün deyil.

20 –ci əsrin başlanması ilə auranın foto şəklini çəkməyi və onu qeydə almağı öyrənə bilmişlər.Tesla, Kirlian, Korotkov və Zolotov , bu dahi alimlərdən hər biri öz elmi fəaliyyətlərində auranın gözlə görulə bilinməsi sualına cavab axtarmışlar.

Aura birbaşa çakralarla baglıdır. Cakralar- fiziki, əqli,emosional və ruhi enerjini toparlayıb, yayan sinir mərkəzləridir.Əsas 7 çakramövcuddur. Çakra sanskritdən tərcümədə " təkər” və ya " disk” deməkdir, müəyyən ideyanı ifadə edərək özünəməxsus tezlikdə firlanır. Hər yeddi çakra fiziki bədənin müxtəlif aspektlərini əhatə edir. Çakralar bir-biri ilə hər yerdən keçən energetik kanallarla əlaqədədir.Əsas mərkəzlər, onurğa sütunundan keçən, mərkəzi energetik kanal sayılan Suşumnanın ətrafında yerləşir. Hər çakranın yuxarıdan aşagı sayilmaqla öz adı var: Saxasrara, Adjna, Vişudxa, Anaxata, Manipura, Svadxistana, Muladxara. Bu mərkəzlər goy qurşağının yeddi rəng spektrinə və yeddi musiqi notuna müvafiq olur. Ona görə də insan aurası rəngli olur.Bu da öz növbəsində energetik bədənlərin və energetik mərkəzlərin inişafından asılıdır.

 

Aura və cakranızın analizi

Auranı əks edən qurğu sizə aid bioloji məlumatlar toplusunu Biofeedback (əks bioloji əlaqə) bioötürücüsü vasitəsilə ölcür və dəyərləndirir. İnformasiya analiz edilir, tədqidat aparılır və sizin emosional və energetik vəziyyətinizlə müqayisə olunur.

Vacibdir: bu sistem fiziki problemləri və və istənilən formada olan xəstəlikləri diaqnostika etmir. Müalicə üçün əldə olunan məlumatların tədqiqatı və məsləhət uçün sizə mütəxəssislərə müraciət etmək lazimdır.Bu proqram özünümükəmməlləşdirmə və nəzarət , eyni zamanda təcrübə və tədris məqsədi ilə tətbiq edilir.

Auranızın ölçüsü: Qırmızı halqa auranızın santimetrlərdə hesablanan ölçüsüdür. Bu insanın ərtafındakı enerjinin həcminin göstəricisidir.

Böyük, geniş aura (75-100):başqalarının hiss edəcəyi qədər güclü şüalanmani göstərir. Məqsədınızə catmaq üçün öz xarizmanızı və auranızın gücündən istifadə edir.

Orta aura (40-75): şüalanan enerji yetəri gədər güclüdür. Məqsədlərinizə auranızı boyütməklə yetişin, məqsədlərinizdə daha dəqiq olun.

Kiçik aura (0-40): aşağı enerjinin gostəricisidir. Başqaları bu insanları aşağı enerjili və özünə qapanmış insan kimi qəbul edir .

Çakraların ölçüsü/ fiqurların görüntüsü

1.7 əsas energetik mərkəz-çakralar, onurğa sütununun xətti üzərindəyerləşir. Hər çakranın forması, ölçüsü , və rəngin intensivliyi insanın müxtəlif fiziki, emosional, əqli və ruhi vəziyyətini əks edir. Çakranın dairəvi forması enerjini və ya sistemin balansını göstərir.Çakranın dairəvi olmayan və ya silinmiş təsvirlərienergetik mənbənin balansının pozulmasından xəbər verir. Daha dəqiq analiz etmək üçün hər çakranın rənginə və onda olan işığın gücünə diqqət yetirmək lazımdır.

Dairəvi: balanslaşmış, fəaliyyəti harmoniyalaşmışdır Balaca: enerjinin aktivliyi aşağıdır

Oval: yüngül balans pozuntusuİşıqlı: balanslaşmış, yüksək enerjili

Böyük: yüksək energetik aktivlik Tünd: aşağı enerji, balans pozulması, çakra stress altındadır

 

 

Sizin Çakralarınızın Aktivliyi

1. Muladxara\ əsas çakra

Muladxara sanskritdən tərcümədə "kök” və ya "əsas” deməkdir. Onu hətta çakraların kökü adlandırırlar. Muladxara büzdüm sahəsində yerləşir. Muladxara insanlarla fiziki aləm arasında əlaqə yaradır və özündə insanın bütün potensial enerjisini birləşdirərək, basqa çakraların fəaliyyəti üçün əsas yaradır.Bu çakra insanda əminlik və stabillik hissi yaradaraq yaşam üçün vacib olan baslıca instikt olan- işləmək və öz ehtiyacarını təmin etmək gücü verir. Bütün instiktlərin mənbəyi adlandırılan bu çakra özünumüdafiə və yaşam uğrunda mübarizəni ifadə edir .Muladxara harmonik fəaliyyəti insana stabillik, özünü təmin etmə və daxili güc hissi verir. Belə insanlar məqsədyönlü olub, qərarları asanlıqla qəbul edir, və heç bir çətinlik hiss etmədən onları həyata keçirirlər; enerjili, hissiyatlı, "ayaqları ilə yerdə dayansa da” yüksək düşüncələrə malikdirlər.

Çakrada enerji balansın pozulması insanın bütün fikir və düşüncələrinin öz fiziki tələbatlarının :qida, cinsi əlaqə, içki və pulun üzərində qurulmasına səbəb olur. Belə insanlar hərəkətlərinin nəticələrini düşünmədən, həyatdan istədiklərini almaq üçün öz istəklərini yerinə yetirirlər. Bu çakranın fəaliyyətinin pozulması bir qayda olaraq, qorxu, xəsislik, fobiya, zəiflik, qəzəb, səhvlərə yol vermə kimi xüsusiyyətlərə gətirib çıxarır.

 

Muladxara çakrası aşağıdakı orqanlarla əlaqədərdir: skelet, dişlər, dırnaqlar, düz bağırsaq, prostat və hüceyrə sukturu.

Enerjinin rəngi qırmızıdır. Rəngin enerjisi fiziki bədənə hərkətlilik, saglamlıq və güc verir.

 

Cakranın həddindən çox aktivliyi aşagıdakı xüsusiyyətlərlə ifadə olunur: daxili işıq, hissiyat və alüdəçılık.

Çakranın balanslaşmış işi, çakranın harmonizə edilmiş aktivliyi

Çakranın yüngül disbalansı, çakranın pozitiv xüsusiyyətləri

Balansını itirmış çakra, çakra stress təsiri altındadır.

Çakra enerjizinin aşagı aktivliyi, yasam mücadiləsi, stresslərə meyilli

 

2.Svadsixtana-sanskritdən tərcümədə "insan mən-inin qoruyucüsu” deməkdir. Bu çakra çanaqda yerləşir, emosiyaların mərkəzi, seksual enerji va yaradıcılıq imkanlarının mərkəzi hesab olunur. Bu çakra eyni zamandahəzz, seksuallıq, məhsuldarlıq və cinsi cazibə mənbəyi hesab edilir. Svadxistana

İnsanın seksual çakrası harmonik işləyəndə , insan öz daxili gücünü hiss edir və hisslər üçün açıq olur. O özünü yüksək qiymətləndirir , manipulyasiyalara yol vermir, və öz individuallığını və fərdiliyini qoyurub saxlayır. Onun cinsı münasibətlərə sağlam və məntiqi yanaşması var, avantyura və yenilikçidir və hər şeylə maraqlanmaq kimi xüsusiyyətə malikdir. O aludə oldugu şeylərdə həyatı üçün stimul və xoşbəxtlik tapır. Çakra normal işləyən zaman, insan başqalarına münasibətdə səmimi hisslər ifadə edir. O müstəqildir, amma eyni zamanda yanında olan insanların hisslərini başa düşür və onları cəmiyyətin bir hissəsi kimi dəyərləndirir.

Svadxistananın fəaliyyətinın natamam olması insan özünü müdafiə edə bilməmısinə, özünü reallaşdırması yolunda ideya və məqsədlərinin ardınca gedə bilməməsınə səbəb olur. Bu eyni zamandahəyat sevincinin olmaması,yorğunluqla, narahatlıq və narazılıqla ifadə olunur.

Svadxistanaaşağıdakı orqanlarla əlaqədədir: çanaq, böyrəklər, limfa sistemi, öd kisəsi, .Bədəndə olan qan, limfa, mədə şirəsi, toxum

Enerjininrəngi: narıncı, Narıncı rəngin enerjisi nəsil artımını təmin edir.

Çakranin yüksək aktivliyi : yüksək məhsuldarlıq, güclü emosional ifadə etmə

Çakranın normal işləməsi, orta səviyyədə məhsuldarlıq və emosional ifadəlilik

Çakranın balansının yüngül pozulması, çakranın pozitiv xüsusiyyətlərindəndır.

Çakranın normal olmayanfəaliyyəti, çakra stress altındadır.

Çakranın aşağı enerjisi, məhdudlaşmış emosional ifadəlilik

Yaradıcılıq imkanları vı keyfiyyətlərinə nəzər yetirməli.

 

 

Manipura-sanskritdən tərcümədə "almaz mənbəyi” adlanır. Çakra diafraqma sahəsində döş və göbək arasında olan günəş kələfi zonasında yerləşir. Bu çakra Eqo-nu ifadə edir. O şəxsiyyətin inkişafına, emosiyaların dünyaya çatdırılmasına, cəmiyyətdə səviyyə tutulmasına və tanınmağa xidmət edir. Çakranın harmonik fəaliyyəti zamanı düzgün mühakime etmək, və müstəqil düşüncə hasil etmək bacarığı formalaşır. Manipura şəxsiyyəti formalaşdıran bilik və təcrübəni qavramağa imkan verir. Ruhi nöqteyi nəzərdən bu çakranın fəaliyyəti ondan ibarətdir ki, insan material dünyada təyinatını müəyyənləşdirib, istedad və bacarığı ilə material dünyada öz tale yolunu elə keçsin ki, bütün səviyyələrdə reallaşa bilsin. Günəş kələfi çakrasının normal fəaliyyəti sakitlik və daxili harmoniya hissi verir. Manipura normal fəaliyyətdədirsə, insan öz emosiyalarınıcilovlayır, hisslərni, arzu və istəklərini idarə edə bilir. O, özünü, həyatda oynadığı rolla və ətrafdakılarla harmoniyada hiss edir. Çakranın gücləndirilməsi, arzularınızı həyata keçirib, həyati planlarınızı reallaşdırar, sizi əsl uğura apara bilər.

Çakranin fəaliyyətində tarazlıq olmadıqda başqa insanları manipulyasıya etmək və hakimiyyətsən sui-istifadə etmə arzusu yarana bilər. İnsan hakimiyyəti öz əlində cəmləşdirmək istəyir, birinciliyə can atır və ambisiyalı olur. Eyni zamanda əzilmiş hisslər sakitlik vermədiyinə görə, insanda qəzəb və depresiya tutmaları baş verə bilər.

Manipurabədənin aşağıdakı orqanalrı ilə siz əlaqədədir: nəfəs sistemi, diafraqma, həzm sistemi, mədə, mədəaltı vəz, ciyər, dalaq, öd kisəsi, nazik bagırsaq.

Enerjinin rəngi- sari. Bu rəngdə enerji – fiziki cəhətdən, həm qəlbən, həm də intelllektual səviyyədə birinci olmaq istəyən liderlərin enerjisidir.

 

Cakranın yüksək aktivliyi: kreativlik, nitellektual və analitik düşüncə tərzi, elecə də yumor hissi

Çakranın tarazlıq səviyyəsi, çakranın harmonizələşmiş aktivliyi

Çakranın balansının yüngül pozulması, çakranın pozitiv xüsusiyyətləri

Çakranın tarazlıqdan çıxmış fəaliyyəti, çakra stress altindadır

Çakra enrjisinin aşağl aktivliyi.Həyatında şənliyin və yumorun olmaması.Kreativliyi artirmaq lazimdir

 

 

 

 

3.Anaxata-sanskritdən tərcümədə "əbədi çalınan təbil” deməkdir. Bu çakra döş qəfəsində, ürəyə paralel hissədə yerləşir. O. üç aşağı çakranı, üç yuxarı cakra ilə birləşdirərək bütün çakraların mərkəzi sevgı, qayğı, şəfqət və sadiqlik mənbəyi hesab olunur.Onun fəaliiyəti nəticəsində biz başqa insanlarla ünsiyyətə girib, onları hiss edərək emosional, ruhi və fiziki planda təmasda ola bilərik. Yalniz urək çakrası bizə sevmə və sevgiyə can atmaga imkan verir. O, bizim sevgi verib və sevgi qəbul etmə bacarığımızı idarə edir. Urək çakrası bizə fədakar olamağı, bağışlamağı və şəfqət göstərməyi öyrədir.

Anaxata çakrası taraz fəaliyyət göstərən insanla ünsiyyət zamanı , insanlar özlərini sərbəst və azad hiss edir, rahatlıqla ürəklərini aça bilirlər. Belə insan yardım göstərərkən o oz eqosuna xidmət etmir, və onun enerjisini "şəkib çıxara” bilmirlər. Onun azad iradəsi üzərində manipulyasiya etmək olmaz. Onun tərəfindən anlayış hiss etdiyiniz üçün ona "urək açmaq” çox asandır, o harda olursa olsun özü ilə bir harmoniya gətirir.

Çakranın fəaliyyətində tarazlıq olmadıqda insan tərk edilmə, sevgisini itirmə qorxusu hiss edir. Özgə problemlərində o dərəcədə "dərinə gedir ” ki, bu onun tarazlığını pozur, ona yasamağa imkan vermir, eyni zamanda o özgə adamların problemləri və qayğısı ilə yasayır. Ona göstərilən dəstəyi və yardımı öz zəifliyi kimi qəbul edir, bu zaman onun sevgisi heç bir zaman mükəmməl ola bilməz. Ürək çakrasında tarazlıq pozulanda, insan ətrafdakilardan xoş söz eşitmək xatirinə sevgi və şəfqət göstərə bilər.

Anaxata bədənin aşagıda sadalanan orqanları ilə əlaqədardır: ürək, qan dövranı sistemi, ağ cıyərlər, immun sistemi, cəngələbənzər vəz, dəri, biləklər,

Enerjinin rəngi- yaşıl. Yaşıl enerji sevgi, şəfqət, kainat harmoniyası, ruhi və yaradıcılıq enerjisi.

 

Cakranin həddən artıq aktivliyi: səmimilik, hissiyat, həssaslıq, sevmək və ünsiyyət qurma bacarığı

Çakranıntarazlaşmış fəaliyyəti, çakranın harmonizə olunmuş fəaliyyəti, ortabab bacarıqlar

Çakranın fəaliyyətinin tarazlığının yüngül pozulması, çakranın pozitiv xüsusiyyətləri

Çakranın fəaaliyyəində tarazlıq olmaması, çakra stress altındadır

Çakra enerjisinin aşağı aktivliyi. "Urəyini açmalı”, ən yaxşısı düşüncə və emosiyalarına diqqət yetirməlidir.

 

5.Vişudxa-qırtlaq çakrası olub sanskritdən tərcümədə "təmizlənmə” deməkdir. O, boyunda, boğaz hisəsində yerləşib ünsiyyət və şəxsiyyətin özünü ifadə etməsinə xidmət edir. Vişudxa insanın ilham mənbəyi olub fikirlər və fikrin ifadəsini özündə birləşdirir. Bu çakranın vasitəsilə biz öz varlığımızı olduğu kimi ifadə edirik. Bu çakra açıq olanda və normal fəaliyyət göstərəndə, insan özündə əmin olur və özünüifadəyə can atır. Boğazda yerləşən bu çakra məsyliyyət hissinistimullaşdırır. Bu o deməkdir ki, insan öz inkişafı, şəxsi həyatı üçün məsuliyyət daşıyır və hərəkətlərinin, düşüncələrinin bütövlüdə bütün dünyaya necə təsir etdiyini başa düşür.

Boğaz çakrası ilə iş, onun açılması və fəaliyyətinin tarazlanması-fiziki bədənlə olan əlaqənin yaxşılaşmasına, insanın öz bədənini "dinləyə bilməsinə” yardım edir. Bu çakra emosiyaların, fikirlərin və daxili biliklərinçəkinmədən, azad, özünə əminliklə, başa insanlar qarşısında öz zəif nöqtələrinin ifşa olunmasından qorxmayaraq ifadə olunmasıına xidmət edir. Çakra nitqə nəzarət edir, susa bilir, başqalarının danışdığına diqqətlə qulaq asmağa və səsini ucaltmadan özunu dinlətməyə komək edir .Boğaz çakrası açıq olduqda, insan özünü azad, heç kimdən asılı olmayan və müstəqil, özü haqqında düzgün təsəvvürü olan və qərarlı hiss edir. Hisslər, idrak və düşüncələr vəhdət təşkil edir. Boğaz çakrası fikir gücünü başa düşmək və başqalarının nitqində, sözlə ifadə olunmayan mənaları anlamaq bacarığı verir. Vişudxa dünyanın yranışının dərindən dərk edilməsi, Kainatda bas verənləırdən əminlik və raziliq hissiüçün insanın daxilində bir tamlıq yaradır.

Vişudxa- çakrasınınfəaliyyəti pozulduqda , insanın özünüifadəsi, şəxsiyyət və bədən ünsiyyəti ilə bağlı çətnliklər bas verir,öz həqiqi fikirlərini söyləmək qorxusu onsuzda özunə verdiyi aşağı qiyməti daha da aşagı salır. İnsan fikirlərini ifadə etmək üçün lazım olan sözləri tapmaqda çətinlik çəkir, nitqi qırıq –qırıq olur.

Vişudxa aşağıdakı orqanlarla sıx əlaqədədir: boğaz, boyun, səs telləri, qalxanabənzər vəz, çənə, ağ ciyərlərin yuxarı hissəsi, sinirlər,əzəzlələr və əllər.

Çakranın ən yüksək aktivliyi- fikir və emosiyaların ifadəli olması, güclü kommunikasiya keyfiyyətləri.

Çakranın normal fəaliyyəti: hissetmə, sevmək və ünsiyyətdə olmaq bacarığı

Çakranın fəaliyyətinin yüngül balans pozulması- çakranın pozitiv xüsusiyyətləri

Çakranın fəaliyyətində tarazlığn olmaması: çakra stress altındadır

Çakranın enerjisinin aşağı aktivliyi: emosiya və nitqin ifadəsində məhdudluq

Fikir və emosiyaları ifadə etmək üçün yeni üsullar axtarıb tapmaq lazımdır.A

6. Adjna- sanskritdən tərcümədə "idarə mərkəzi” deməkdir. O, müxtəlif əqli bacarıqlardan: yaddaş, iradə və bilikləri idarə edərərk şüurlu dərketməyə xidmət edir. Məhz bu çakra insanaşüuraltıya və intuisuyaya qoşulmağa yardım edir. Bu çakra Kainatı dərk etmə bacarığı verib, səssiz informasiya almağa yardım edir. Adjna yaradılışla əlaqədar olan hər nə varsa orda baş rol oynayır- insanın ilhama gəlməsinə yardım edir. Çakranın açılması insana material aləm üzərindən yuxarı qalxmağa yardım edir. Fiziki səviyyədə çakra- insanın mərkəzi sinir sisteminin fəaliyyətinin idarə mərkəzi hesab olunur. Ruhi səviyyədə isə - estrasensor hissietmə bacarığını idarə edir. "Üçüncü göz” adlanan bu cakra nə qədər açıq, fəaliyyəti isə nə qədər taraz olarsa, bizim hissetmə orqanlarımız fiziki ölçüdə adi insanı gözlə görə bilmədiyi hadisələri bir o qədər sərbəst və geniş duya bilər.

Əgər çakra açıqdırda, insan nə zaman emosiya və fikirlərlə , nə zaman isə ictimai norma və vərdişlərlə idarə olunduğunu ayrıd etməyi bacarmalıdır. O, nəyin "onun” olduğunu, özunun əsl "tapşırığını”, Kainatın qanunlarına əsasən mövcud olan dünyaya və nəhayət həqiqətən nəyə inandığını ayrıd etməyə başlayır. 6-cı çakranın harmonik fəaliyyəti yüksək intellektual, fikri və fəlsəfi bacarıqlarda, düçüncələrin dəqiqliyində, yüksək mənəviyyatda və eləcə də insanlarla ünsiyyət qurmasında ifadə olunur. Çakranın fəaliyyətində tarazlıq olmasının ən obyektiv xüsusiyyətlərindən biri- intuitiv bacarıqların bütün sahələrdə üzə cıxmasıdır.

Adjna disharmonik işlərsə, insan həyatı intellekt, səmərəlilik və məntiq nöqteyi-nəzərindən qavramağa başlayır. Ruhi aləmlə baglı olan bütün sualları, "məntiqsiz” və "qeyri-elmi ” kimi qəbul edir.

Adjna- aşağıdakı orqanlarla six əlaqədədir: mərkəzi sinir sistemi, üz, gözlər, qulaqlar və burun.

Enerjinin rəngi göydur.Göy enerji- idarəetmə enerjisidir, vizualizasiya, intuisiya, öngörmə

Cakranın yüksək aktivliyi: yüksək intuisiya enerjisi, yüksək aktyorluq və intuitiv bacarıqlar

Çakranın tarazlaşmış fəaliyyəti – çakranın harmonizə olunmuş aktivliyi

Çakranın fəaliyyətinin yüngül balans pozilması, çakranın pozitiv xüsusiyyətləri, orta aktyorluq və intuisiya bacarığı

Cakranın taraz olmayan fəaliyyəti- çakra stress altındadır

Çakraenerjisinin aktivliyinin aşağı olması.Yaradıcılığı, intuisiyanı , eyni zamanda aktyorluq qabiliyyətlərini artırmaq.

 

 

Saxasrara\ Tac çakrası

 

Saxasrara-sanskritdən tərcümədə "lotos çiçəyi” deməkdir. Ali çakra insan mükəmməlliyinin mərkəzidir. O kəllə təpə hissəsində yerləşib, sərhədsiz bilik məbədi olub, sonsuz inkişaf müddətinə malikdir. Aşağı enerji mərkəzlərinin enerjilərini özündə birləşdirən bu çakra elmi inkişafı və ali şüurla əlaqəni simvolizə edir. Bu çakranın fəaliyyəti açılarkən, insanda şüur təmamilə sakit olur, o özünü varlığın bir hissəsi kimi qəbul edir. Saxasrara nə qədər çox inkişaf edərsə, belə anlar nə qədər çox yaşanarsa sonunda insan özünü Kainatla hər zaman tarazlıq və harmoniyada hiss edir. O, kainatın tərkib hissəsinə çevrilən öz qəlb bədəni vasitəsilə Kainatdan cavab ala bilər. Onun "etmək” ehtiyacından cox, "var olma” istəyi var. İnsan i qorxu, qəzəb,narazılıq kimi emosiyaları əlavə alətlər kimi dərketmədə istifadə edir; o özündə dərindən analiz edərək bu problrmləri araşdırır, onların səbəbini taparaq aradan qaldırır. Tac çakra fəaliyyəti yaxşı olmadıqda , insana elə gəlir ki, o Kainatdan kənarda özü-özünə yaşayır.Nəticədə o qorxularda və təzadlardan yaxa qurtara bilmir. İnsan elə bilir ki . onun həyatda hec bir tapşırığı yoxdur, özü-özü ilə də yola gedə bilmir. Onun həyatın gözəlliklərini duyma arzusu, özünə inamı və dünyaya etibarı olmur.

Saxasrarabədənin aşağıdaki orqanları ilə six əlaqədədir: baş beyin və onun tərkib hissələri.

Enerjinin rəngi- bənövşəyi. Bənövşəyi enerji intuisiyaya, ətrafında nə varsa onların mahiyyətinə varmaq , dərk etmək də duyma qabiliyyətinə cavab verir.

Çakranın yüksək aktivliyi; intuisiya enerjisi, duyma və şüa saçma, güclü ruhi keyfiyyət .

Çakranın tarazlanmış fəaliyyəti , çakranın harmonizə edilmiş aktivliyi

Çakranın balansının yungül pozulması- çakranın pozitiv xüsusiyyətləri

Çakranan fəaliyyətinin taraz olmaması, çakra stress altındadır.

Çakranın enerjisinin aşagı aktivliyi. Həyatınızda yeni bir istiqamət və baxış nöqtəsi tapmalı.

 

 

Aura və çakraların tarazlığı

Aşağıdakı qrafik aura və çakraların ümumi balansını göstərir

 

Tarazlığı yaxsı vəziyyətdədir. Aura və çakralar harmoniyadadır.

 

Orta gösrəricilər. Tarazlıq yetəri qədər tam deyl.

Balansdemək olar ki, yoxdur. Aura və çakralar stress altındadır. Onların enerjisi aşağıdır.

Aura və çakraların vəziyyətini yaxçılaşdırmaq lazımdır. Daha çox harmoniyada olması lazımdır.

 

 

Bədən və ağlın vəziyyətinin qafiki

Bu qrafik bədən və ağlın enerjisinin nisbətini göstərir.

 

Stress altında: ox sol tərəfə əyildikdə , gərginlik və stress vəziyyəti qeyd olunur.

Sakit vəziyyətdə: Əgər vəziyyət sakit və harmonikdirsə, ox sağ tərəfə əyilir.

 

Biodəlillər üzrə qrafik:

Biodəlillər üzrə aşağıdakı cədvəllər bədənin vacib hissələrinin energetik sistemini əks etdirir.

İn Yan tarazlığı

Bu qrafik İn Yan tarazlığını əks etdirir.Energetik sistemdə qısa xətt İn-qadın baslanğıcını, uzun xətt-Yan kişi başlanığıcını ifadə edir.

İn-Yan tarazlığı kışı və qadın enerjisi (xətlər yanaşı oluqda ) harmoniyadadır

Energetik sistemin disharmoniyası, tarazlıq olmayan vəziyyət

 

Tam balans pozulması, başlanğıclardan biri stress altındadır

Energetik balanslaşma tələb olunur.

 

Rəng dairəsi

Osvaldın rəng dairəsi adlanan bu qrafik bütün rəng çalarlarınının xülasəsini verir. Energetik sistemin sakitləşməsi və tarazlaşması üçün öz auranızın rənginə uygun və ya onun əks rənglərindən istifadə etməkməsləhət görülür.(məsələn: geyiminizin və interyerin rəngi)

Rənglərin harmonik uyğunluğu:

 

Kvadriada – 2 bir-birinə yaxin və onlara əks olan 2 rəng

 

Diada- bir-birinə əks olan 2 rəng

Triada- bir-birinə yaxın 2 rəng və rəngin əks rəngi

 

Astroloqlar belə hesab edirlər ki, insan intuitiv olaraq , dərk etmədən öz bürcünə müvafiq olan rəngə meyilli olur. Öz auranızın rəngini Burclərin rəngləri ilə müqayisə etməyə çalışın. Qoç- qırmızı, Buğa- açıq-yaşıl, Əkizlər- göy qurşagının bütün rəngləri, Şır-narıncı, Qız – göy, Tərəzi tünd –yaşıl, Əqrəb- tündqırmızı, Oxatan-göy qurşağının bütün rəngləri, Öqlaq- qara, bənüövşəyi, Sutökən- tündbənövşəyi, Balıqlar- göy-yaşıl rəng. Aurasının rəngi bürcünun rənginə uyğun olanları harmonik hesab etmək olar .